ŞİRKƏTİMİZİN FƏLSƏFƏSİ

Şirkət Fəlsəfəmiz 19 Prinsipdən İbarətdir.

    • Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur, tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;
    • Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq;
    • Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;
    • İstehsal etdiyimiz hər bir məhsulda insan sağlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik;
    • Gözəl əxalqa malik insanları işə alırıq, işçilərimizin " öz işinin lideri" olduğuna inanırıq;
    • İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk;
    • İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk;
    • İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyəbiləcəkləri iş şəraiti yaradırıq;
    • Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük;
    • Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk;  
    • Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz know-how’umuzu formalaşdırırıq;
    • Ümumi keyfiyyət həyat tərzimizdir;
    • Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin xalqının etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk;
    • Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq;
    • Olduğumuz ölkənin qaydalarına tabe oluruq;
    • Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;
    • Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik;
    • Rəqabətin gözəlliyinə və bizi mükəmməlliyə aparacağına inanırıq;
    • Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyət və sosial statuslarına baxmadan bərabər davranırıq.