PREZİDENTİMİZİN MESAJI
![]() |
Məndə hər zaman qəti bir inam olmuşdur ki, həyatda qazandığım bütün nailiyyətlər, Allahın istəyi ilə yanaşı, həyat prinsiplərimə və iş etikasına sədaqətim, keçmişdən nəticə çıxartmaq bacarığımla bağlıdır. İnsanların həyat səviyyələrinin inkişaf etdirilməsi yolunda mənə göstərilən etimadın verdiyi məsuliyyət hissi cəmiyyətin inam və hörmətini qazanmaqda başlıca meyarım olmuşdur. Şirkətlər qrupumuzu bu böyük fəlsəfi irsin, prinsiplərin və nailiyyətlərin gələcək nəslə daşıyıcısı olaraq görürəm. “Azersun Holding” olaraq, zamanın və vəsaitin daimi investisiyası ilə bazarda, xüsusilə böyük biznesdə lider olduq. İstehsal və kommunikasiya texnologiyalarının yenilənməsinə, əməliyyat xərclərinin daim azaldılmasına, məhsul və xidmətlərimizin keyfiyyətinin artırılmasına yönəldilmiş siyasətimiz bazardakı mövqeyimizi möhkəmləndirdi. Texnologiyanın, xüsusilə də telekommunikasiya sektorunun inkişafı, rəqabətin kəskinləşməsinə və dünyanın getdikcə kiçilməsinə səbəb olur. Buna baxmayaraq, öz prinsiplərimizə olan güclü inamımız sayəsində qloballaşma adlanan bu prosesi, bizimlə eyni prinsipləri bölüşən və sərmayə qoymaq məramında olan sahibkarlarla qarşılıqlı səmərə verən əməkdaşlığın qurulması üçün gözəl bir imkan hesab edirəm. |
| Abdolbari GOOZAL |


