İCRAÇI dİrektor
![]() |
Fevzihan Aras, 2 oktyabr 1964-cü ildə Türkiyədə anadan olmuşdur. Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsindən məzun olan F. Aras, 1987-ci ildən başladığı iş həyatında bir çox şirkətdə idarəçi vəzifələr tutmuşdur. Uğurlu iş həyatında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində fəaliyyət göstərən şirkətlər arasında ticarət əlaqələri quran F. Aras, başda Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan olmaqla bir çox ölkələrlə ticarət əlaqələri sahəsində təcrübə qazanmışdır. 2000-ci ildən etibarən Azərbaycanda iş həyatını davam etdirən Aras, bu günə qədər “Azersun Holding” Şirkətlər Qrupunda baş direktorun müavini vəzifəsini müvəffəqiyyətlə icra etmişdir. 2006-cı ildən isə “Azersun Holding” Şirkətlər Qrupunda baş direktor vəzifəsinə təyin edilmişdir. |


