“BAKI YAĞ VƏ QİDA SƏNAYE” ASC

ŞİRKƏT HAQQINDA

Bakı Yağ və Qida Sənaye” Açıq Səhmdar Cəmiyyətinin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş  "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. Bakı Yağ və Qida zavodunda yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.

Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.

Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.

Məhsullar

Duru yağlar

Gülüm
Gülüm



Qatı yağlar

SERTİFİKATLAR

«Bakı Yağ və Qida Sənaye» ASC beynəlxalq standartlaşdırma təşkilatının TS-EN-ISO 9001:2000 sertifikatını almışdır.

«Bakı Yağ və Qida Sanaye» ASC müəssisəsinin istehsalatı və buraxılan məhsulları AZS MİLLİ SERTİFİKATLAŞDIRMA SİSTEMİ ilə - Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi və Azərbaycan Respublika Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmışdır və İstehsalatının Uyğunluq sertifikatları, Məhsullarının Uyğunluq sertifikatları, Məhsullarının Gigiyenik sertifikatları verilmişdir.



ZAVODUN ŞƏKİLLƏRİ