"VƏTƏN" ASC

ŞİRKƏT HAQQINDA

“Azersun Holding” Şirkətlər Qrupuna daxil olan “Vətən” Səhmdar Cəmiyyəti 02.06. 1998-ci ildə fəaliyyətə başlamışdır. “Vətən” Səhmdar Cəmiyyətində əvvəllər bir makina ilə fəaliyyətə başlayan müəssisə hal-hazırda 4 avtomatik paketləmə makinası ilə istehsala dava edir.

dünya standartlarına cavab verən yeni paketləmə avadanlığının montajı mütəxəssislər tərəfindən tamamlanaraq hazır vəziyyətə gətirilmişdir. 900 və 1800 qramlıq düz paketləmə avadanlığı tam avtomatlaşdırılmış sistemlə çalışır.

Avadanlıq dəqiqədə 30-35 ədəd 900 qramlıq, 25-30 ədəd 1800 qramlıq məhsul paketləmə gücünə malikdir. Qram göstəriciləri avtomatik olaraq düzəldilir. Əgər avadanlığın işinə əngəl törədə biləcək hadisə yaranarsa bu barədə məlumat operator paneli vasitəsilə bildirilir. Paketləmə üçün məhsul azaldığı zaman, tərəzi yavaşlayır bu zaman avadanlıq boş paket vermir. Paketlənən məhsullara təmas edən hissələr paslanmayan materiallardan hazırlanmışdır. Azərbaycanda ilk dəfə olaraq “Azersun Holding” Şirkətlər Qrupu tərəfindən holdinqin tərkibində fəaliyyət göstərən “Vətən” Səhmdar Cəmiyyətində tətbiq edilən və ümumi dəyəri 70.000 avro məbləğində vəsait təşkil edən bu avadanlıq sayəsində məhsullar insan əli dəymədən paketlənir.

“Vətən” Səhmdar Cəmiyyəti Xırdalan qəsəbəsində yerləşir, 2000 m2 qapalı əraziyə malikdir. Burada 900, 1000, 1800 qramlıq paketlərdə “Richmond” və “Bizim Tarla” markaları altında şəkər, qarabaşaq, lobya, noxud, uzun düyü, yumru düyü, mərcimək, şəkər tozu və yarma kimi məhsullar qablaşdırılır.

Məhsullar



Fabrİk Şəkİllərİ