"Sun Tea Azerbaycan" ASC
ŞİRKƏT HAQQINDA

İllik ortalama 9 min ton istehsal gücünə malik, paket çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə geniş məhsul çərçivəsində bölgənin qabaqcıl özəl şirkətlərindəndir.
"Sun Tea Azerbaycan" ASC çay paketleme fabriki çay bağçalarının hər bir guşəsində yetişən müxtəlif dad və ətirləri, digər ölkələrdə yetişən və müxtəlif vərdişləri özündə əks etdirən çay ənənəsini 5 böyük çay markası paketlərində istehlakçıların istifadəsinə verməyə davam edir.
"Sun Tea Azerbaycan" ASC çay paketleme fabriki, təchiz olunmuş avadanlıq gücü və paylama sistemi ilə bölgənin dörd bir tərəfinə çatdırır. Bu çərçivədə, Rusiya başda olmaqla Qafqaz, Orta Asya və bütün MDB ölkələrinə ixrac edilən markalar beynəlxalq festivallarda aldığı mükafatlarla ön plana çıxdı.
SERTİFİKATLAR
TSE-İSO-EN - 22000 Gida Təhlükəsizliyi Sistem Sertifikat
ISO 22000 qida zəncirindəki mövcud və potensial təhlükələrin təhlükə analizi ilə müəyyən edilməsi, nəzarət tədbirlərinin müəyyən edilməsi, tətbiqi, nəzarəti, nəticələrinin dəyərləndirilməsi və analizini, yaxşılaşdırmasını, daxili və xarici şərtlərə söykənərək yenilənməsini tələb edir.
ISO 9001:2000 - KEYFİYYƏT İDARƏETMƏ SİSTEMİ
Azərbaycan Respublikasında və holdinqinmizdə ilk dəfə olaraq 1999 ilin iyun ayında "Sun Tea Azerbaycan" ASC çay paketləmə fabriki 1994 versiyalı ISO 9000 Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülmüşdür. ISO 9000 standartı hər 5 ildə bir dəfə ISO tərəfindən lazımlı, ehtiyac duyulan təftişlər edilərək həyata keçirilir. ISO 9001 müəssisənin, müştərilərin ehtiyaclarını qarşılamaq yolunda müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyətin idarəetmə sistemində hansı şərtlərin təmin olunmasının lazım olduğunu nümayiş etdirməkdədir. 2000 rəqəmi, bu standartın 2000-ci ildə dəyişdirilib, yeni variant ilə yayımlandığını göstərən tarixdir. (ISO 9001:2000 variantı)
HACCP HOLLANDA - QİDA TƏHLÜKƏSİZLİYİ İDARƏETMƏ SİSTEMİ
HACCP (Harard Analysis - Critical Control Points .. Kririk Nəzarət Nöqtələrində Təhlükə Analizləri) qida güvənliyi tədarük, istehsal və paylaşdırmanın bütün mərhələlərində, xam maddədən hazır məhsulun istehlakına qədər fiziki, kimyəvi və bioloji təhlükələri müəyyən edərək nəzarət altına alan və davamlılığı təmin edən idarəetmə sistemidir. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ünsürlərin zərərsizləşdirilməsi üçün tədbir alınması HACCP-in məqsədidir.
ISO 14001 bir şirkətin ətraf mühitə göstərdiyi təsirinin və bunun inkişafı yollarının yoxlanmasını təmin edən bir beynəlxalq standartdır. ISO 14001 bir müəssisənin ətraf mühit siyasətini və bu siyasətin nümayiş etdirməsini təmin edir. Tullantıların mövcud və ya potensial risklərinin daha da sistematik olaraq azaldılması üçün nəzərdə tutulan idarə olunma tərzinə Çevrə İdarəetmə Sistemi adı verilir.
ISO 18001 ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİYİN İDARƏETMƏ SİSTEMİ
ISO 18001 - işçi sağlamlığı və iş güvənliyi standartıdır. İş yerlərində istehsal zamanı müxtəlif səbəblərdən sağlığa zərər verə biləcək qəza və digər təhlükələrdən qorunmaq məqsədilə sistemli və əsaslı çalışmalara İşçi sağlamlığı və İş güvənliyi deyilir.
- Faydaları:
- İşçiləri qəza və digər təhlükələrdən qorumaq
- Verimliliyi artırmaq


















































