"AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİ" MMC
ŞİRKƏT haqqInda

Rəsmi adı “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC olan İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. İmişlidə 70 hektar ərazidə inşa olunan zavoda 100 milyon ABŞ dolları məbləğində investisiya qoyulub.
Şəkər Zavodundakı texniki avadanlıqların böyük hissəsi Almaniyadan alınıb və Avropanın ən son texnologiya yeniliklərini əhatə edir.
İmişli şəkər zavodunun fəaliyyətə başlaması kənd təsərrüfatının bir çox sahələrindəki inkişafına təkan verdi, rayonda işsizlik probleminin aradan qaldırılmasına kömək etdi, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdi. Zavodun istehsal etdiyi keyfiyyətli şəkər tozu qısa vaxt ərzində dünya bazarında öz layiqli yerini tutdu.
İmişli şəkər zavodu gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir. Hazırda İmişli şəkər zavodunda 1000-dən çox insan işləyir, zavodun fəaliyyəti nəticəsində kənd təsərrüfatı və heyvandarlıqda məşğul olan on minlərlə ailəyə iş imkanları yaradılmışdır.
İlk 3 ayda gündə 500 ton kristal şəkər istehsal olunurdusa, bu gün müştərilərin tələbinə uyğun olaraq istehsal gücü 1100-1200 tona çatdırılmışdır.
Ötən bir ildə zavod bir çox nailiyyətlər əldə etmişdi. İmişli şəkər zavodu 2006-cı ildə ISO 9001:2000 Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layıq görülmüşdür. Zavodun ISO 14001 ekoloji təhlükəsizliyi idarəetmə sistemi və ISO 22000 qida təhlükəsizliyi idarəetmə sistemi standartlarının tələblərinə uyğunlaşdırılması istiqamətində işlərə başlanmışdır.
Zavodun işini daha səmərəli, faydalı və məhsuldar olması məqsədi ilə zavodda davamlı olaraq texniki-montaj işləri həyata keçirilir, bir çox sahələrdə yeniləşdirmə, təmir və təkmilləşdirmə işləri həyata keçirilir. İstilik Elektrik Mərkəzində aparılan texniki yeniləşdirmə işləri İEM-ə 2006-cı ilin sentyabr ayında ikinci yanacaq növündən təbii qazdan istifadə etmə imkanını yaratdı. 2006-cı ilinin sentyabr ayında zavodda yeni texnologiya tətbiq edilmişdi. Şəkər itkilərin azaldılması və yüksək keyfiyyətli kristal şəkər əldə etmək məqsədi ilə ayrı-ayrı texnoloji sxem üzrə zavod eyni zamanda həm şəkər çuğunduru, həm də xam şəkərdən yüksək keyfiyyətli kristal şəkər istehsalına nail oldu. Elevator və konveyerlərin montaj işləri tamamlandıqdan sonra 3-ü şəkər qurutma sexi istifadəyə verilmişdir. Həcmi 2200 m3 /saat olan 2-ci su soyutma qülləsinin montaj işləri davam edir. Yeni əhəng daşı yandırma sobası (istehsal gücü gündə 150 ton) istismara verilmişdi. Buxar və vakuum xətlərində texniki dəyişiklər (yeniliklər) həyata keçirilir. Dezinfeksiya edici maddələri istehsal edən qurğunun inşaat işlərinə başlanılıb.
Link: www.asib.az