Tez-tez verİlən suallar
Konservlərdə (tuşonkalarda) istifadə olunan ət halaldırmı ?
Çay soyuduqda bəzən rəngi bulanıq hal alır. Nə üçün?
Zeytun yağı nə üçün soyuducuda donur?
Sual: Konservlərdə (tuşonkalarda) istifadə olunan ət halaldırmı ?
Cavab: Bəli. Konserv məhsullarında yalnız halal mal ətindən istifadə olunur. Məhz bu səbəbdən məhsullarımızın üzərinə "HALAL" sözcüyünü əlavə etməyi unutmuruq.
Sual: Çay soyuduqda bəzən rəngi bulanıq hal alır. Nə üçün?
Cavab: Bu hadisə bütün dünya çay mütəxəssisləri tərəfindən "qaymaqlanma" hadisəsi olaraq adlandırılır. Qaymaqlanma xassəsindən çay dəmi keyfiyyətinin təyin edilməsində istifadə edilir və beynəlxalq çay lüğətlərində bu xassə "cream" termini ilə tanınır.
Çayın qaymaqlanması onun keyfiyyətli olduğunu göstərir və bu qaymağın əsasını çay yarpaqlarının tərkibində təbii olaraq mövcud olan teflavin və kafein maddələri təşkil edir..
Sual: Zeytun yağı nə üçün soyuducuda donur?
Cavab: Aşağı dərəcəli tempraturlarda zeytun yağlarının tərkibindəki insan orqanizmi üçün çox faydalı olan fiziolojik maddələrdə təbii kristallaşma prosesi baş verir. Temperatur təkrar yüksəldikdə, zeytun yağı yenidən tam olaraq maye halını alır.

