Süd məhsulları

You are here

Süd məhsulları

Kürdəmirdə fəaliyyət göstərən süd kompleksi gündə 120 ton süd emal gücünə malik GEA və UHT texnologiyaları ilə təchiz olunmuşdur. Süd kompleksi Almaniya və Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı cins mal-qara bəslənilən heyvandarlıq fermasından və mal-qaranın yem tələbatını təmin edən (Kürdəmirdə 1300 ha, Ağsuda 5000 ha) əkin ərazilərindən ibarətdir.

Zavodda pasterizə olunmuş günlük süd, UHT-tetrapak süd, ayran, kəsmik, qatıq, meyvəli yoqurt, qatılaşdırılmış süd, pendir çeşidləri istehsal olunur. Zavodun xammal tələbatı, eyni zamanda əhalidən toplanan süd hesabına qarşılanır. Əkin ərazilərində ekoloji təmiz qaydalarla orqanik yonca və digər yem bitkiləri becərilir.