Rəhbərin mesajı

You are here

Rəhbərin mesajı

Qlobal rəqabət şərtlərində istehsal tələbləri davamlı dəyişməkdədir. Bütün istehsalçılar xərcləri artıran əlavə dəyərlərdən xilas olmağın yollarını araşdırır. Beynəlxalq rəqabətdə israrlı olan “Azərsun Holdinq”in  istehsal fəaliyyətlərində əhatə etdiyi bütün mərhələlərdə onu müşayiət edən və etalona çevrilmiş KEYFİYYƏT amili Azərsunluların dəyişməz dəyəridir. KEYFİYYƏT qrupumuzun heç bir halda güzəştə getmədiyi dəyişməz fəlsəfəsinin əsası, başlanğıcıdır. Keyfiyyət bizim həyatımızdır. Həmçinin inanırıq ki, istehsal etdiyimiz məhsulun keyfiyyəti ilə məhsulu istehsal edən işçinin keyfiyyəti bir bütün təşkil edir. Bu bütünü isə ekoloji saflıq və sağlam iş mühiti tamamlayır. Sizlərə təqdim olunan bütün məhsullarımız bu mühitdə istehsal olunaraq Siz dəyərli müştərilərimizə təqdim olunur.

 

“Azərsun Holdinq“in Müşahidə Şurasının sədri

Abdolbari Goozal