Qazaxıstan Prezidenti “Azərsun” Logistika və İstehsalat Mərkəzini ziyarət etdi.

Qazaxıstan Prezidenti “Azərsun” Logistika və İstehsalat Mərkəzini ziyarət etdi.

You are here

Qazaxıstan Prezidenti “Azərsun” Logistika və İstehsalat Mərkəzini ziyarət etdi.

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Azərbaycan səfərini yekunlaşdırdıqdan sonra Aktau şəhərində yerləşən “Azərsun” Logistika və İstehsalat Mərkəzini ziyarət etdi. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl Qazaxıstanın dövlət başçısına Mərkəzin fəaliyyəti barədə məlumat veriblər. İqtisadiyyat naziri Mərkəzin müasir texnologiyalar ilə təchiz edildiyini və Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə müsbət töhfə verdiyini bildirib. Ziyarət zamanı ölkə başçısı ilə azərbaycanlı nümayəndə heyəti arasında səmərəli müzakirələr aparılıb və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ticari əlaqələrin daha da inkişaf etdirilməsi və Mərkəzin fəaliyyətinin genişləndirilməsi istiqamətində zəruri işlərin görülməsi üçün dövlət rəsmilərinə öz təlimatlarını verib. Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində yerləşən “Azərsun” Logistika və İstehsalat Mərkəzi 2013-cü ildə Azərbaycan və Qazaxıstan prezidentlərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşü zamanı əldə edilmiş razılaşmaya əsasən inşa edilib. 2014-cü ildə bünövrəsi atılan Mərkəz 1 ilə inşa edilərək istismara verilib. 

Əvvəlki xəbər Sonraki xəbər