Qablaşdırma

You are here

Qablaşdırma

Qida sənayesində tarladan süfrəyə qədər bütün istehsal prosesini əhatə etmək məqsədi ilə “Azərsun Holdinq” karton və tənəkə tara istehsalını həyata keçirdi. İlk olaraq illik istehsal gücü 100 mln m² qofra məhsulu, 40 mln ədəd yumurta konteyneri, A4 və A3 ofis kağızı istehsal edən karton fabriki quruldu. Daha sonra tullantı kağız və plastikin təkrar emalı sahəsində fəaliyyət göstərən regionun ən iri kombinatı istismara verildi. Kombinatda tullantı suların təmizlənməsi və təkrar istifadəsi də həyata keçirilir. Müəssisənin gündəlik istehsal gücü 240 tondur. Bundan savayı illik istehsal gücü 5 000 ton olan metal qablaşdırma müəssisəsi həm şirkətlər qrupunun, həm də digər istehsalçıların tənəkə qutu ehtiyacını qarşılamaqdadır.

Burada müxtəlif forma və ölçülərdə tənəkə qutu və qapaq istehsal olunur. Müəssisədə qurulmuş avadanlıqlar çoxrəngli çap və laklı boyalı metal lövhələrin, tənəkələrin istehsalını təmin edir.