Mükafatlar və təltiflər

You are here

Mükafatlar və təltiflər

 Azərbaycanın aparıcı qida istehsalçısı olaraq, “Azərsun Holdinq” və onun qurucusu və rəhbəri Abdolbari Goozal fəaliyyəti dövründə qazandığı uğur və nailiyyətlərin təsdiqi olaraq, sayı yüzlərlə ölçülən yerli və beynəlxalq təşkilatların, ali dövlət və müxtəlif reytinq təşkilatlarının təsis etdiyi mükafat və medallar ilə təltif edilmişdir.  Təvazökarlığı ilə daim fərqlənən Abdolbari Goozalın təltif olunduğu mükafatlara maraqlı yanaşması var. O deyir:-“Mənim üçün ən böyük mükafat insanların bizə olan inamı, etimadı və etibarıdır.” .  Qeyd etmək lazımdır ki, müasir Azərbaycanda sənayenin qurulmasına mühüm töhfələr verən Abdolbari Goozal, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 Araşdırma və yenilikçiliyə böyük həssaslıqla yanaşan “Azərsun Holdinq” fəaliyyət sferasında qazandığı nailiyyətlərlə cəmiyyət tərəfindən təqdirlə qarşılanır. Hamı tərəfindən arzulanan bir inkişaf modelinə çevrilmiş “Azərsun Holdinq” təcrübəsi ilə tanış olan müxtəlif dövlət başçıları qrupun rəhbəri Abdolbari Goozalı öz ölkələrinə dəvət edirlər. Belə bir uğurlu modeli öz ölkələrində də görməyi arzulayırlar. Fəaliyyət göstərdiyi istənilən coğrafiyada   “Azərsun Holdinq” müəssisəsi və azərsunlular o məkanın sevimlisinə, bir parçasına, dostuna, həmkarına çevrilməyi bacarırlar. Bunun səbəbi isə Abdolbari Goozalın  memarı olduğu “Azərsun Holdinq” əxlaqı və fəlsəfəsidir. Şirkətin ümumbəşəri dəyərlərin daşıyıcısı olması, insana və insanlığa xidməti özünə meyar seçməsi hər zaman cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir və təqdirə layiq görülür. Diqqətinizə təqdim edilən bu yazı “Azərsun Holdinq”in təltif edildiyi mükafatlara yox, o rəğbəti qazandıran fəlsəfəyə həsr edilib. Şirkət tərəfindən istehsal olunan bütün məhsullar rəhbərlik tərəfindən həyata keçirilən peşəkar idarəetmə, mərdlik, dürüstlük və düzgünlük hesabına ən böyük mükafat olan istehlakçıların rəğbətini qazanıb. Hər birimiz üçün çox sevindirici haldır ki, “Azərsun Holdinq”ə məxsus milli markalarımız ölkəmizin hüdudlarını aşaraq üzərində olan “Made in Azerbaijan”  yazısını  dünyanın bir çox ölkəsində şərəflə daşıyır. Əminliklə söyləmək olar ki, 10 min  nəfərə yaxın üzvü olan “Azərsun Holdinq” qazandığı etimadı doğruldaraq ildən ilə daha böyük uğurlar qazanacaq və ölkəmizdə qida sənayesinin inkişafına mühüm töhfələr verəcək.