Konservləşdirilmiş məhsullar

You are here

Konservləşdirilmiş məhsullar

“Azərsun Holdinq” Azərbaycanın müxtəlif bölgələrdə ümumilikdə illik istehsal gücü 300 mln şərti banka vahidi olan 4 konserv emal zavoduna   sahibdir.

Şirkətlər qrupunun ilk konserv zavodu – Qafqaz Konserv Zavodu Azərbaycanın şimal hissəsində Xaçmaz şəhərində 2003-cü ildən fəaliyyətə başlamışdır. Zavodun illik istehsal gücü 30 000 tondur. Burada ət və müxtəlif hazır yemək konservləri, mürəbbə, cem və pürelər, kompot, turşu və tomat pastası istehsal edilir.

Azərsun Kənd Təsərrüfatı kompleksinin ərazisində ətrafı əkin tarlaları ilə əhatə olunan Biləsuvar Konserv Zavodu 2010-cu ildə fəaliyyətə başlamışdır. Burada becərilən müxtəlif kənd təsərrüfatı məhsulları toplanaraq, heç bir yol qət etmədən və zaman itirmədən təzə-tər şəkildə birbaşa emala göndərilir. Zavodda yaşıl noxud, patisson, kornişon, pomidor konservləri, ketçup, eyni zamanda nar şirəsi və narşərab istehsal olunur. Müəssisənin illik istehsal gücü 50 000 tondur. Zavodun xammalı 100% şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən kənd təsərrüfatı kompleksi tərəfindən təmin olunur. 

Azərbaycanın cənub bölgəsində yerləşən, subtropik iqlimi və zəngin bitkiçilik-meyvəçilik çeşidləri ilə tanınan Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu, bölgə fermerlərindən tədarük edilən meyvə və tərəvəzlərin emalı, xüsusilə közlənmiş tərəvəz konservləri, kompot və turşu istehsalı üzrə ixtisaslaşıb. Zavodun illik istehsal gücü 12 000 tondur.

2012-ci ildən fəaliyyətə başlayan Qazax Konserv Zavodu isə qənnadı-şirniyyat sektorunda geniş istifadə edilən, qış mövsümündə də təzəliyini və vitaminlərini qoruyub saxlayan dondurulmuş meyvə və giləmeyvə istehsalı ilə məşğul olur. Zavodda, eyni zamanda fast food şəbəkələri üçün kartof yarımməmulatı da istehsal olunur. Müəssisənin illik istehsal gücü 8 000 ton təşkil edir.

Konserv zavodlarının xammalı şirkətlər qrupunun kənd təsərrüfatı kompleksindən və regiondakı 3000-dən artıq fermerdən məhsul qəbulu hesabına təmin olunur.