Keyfiyyətə nəzarət

You are here

Keyfiyyətə nəzarət

Keyfiyyət anlayışını həyat tərzinə çevirən və əsas məqsədi hesab edən “Azərsun Holdinq”in uğur sirri bu anlayışa son dərəcə həssaslıqla yanaşmasında və əsas məqsədi hesab etməsindədir.Şirkətlər Qrupunun bütün müəssisələrində ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar fəaliyyət göstərir ki, bununla da istehsalatın bütün mərhələlərində keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir. Xammalın qəbulundan, hazır məhsulun satış rəfinə qədər gedən bütün mərhələlərdə keyfiyyətə nəzarət sistemini təmin edən “Azərsun Holdinq”də həmçinin müasir avadanlıqlarla təchiz edilmiş elmi mərkəzlər fəaliyyət göstərir.“Şirkətlər Qrupu”nun KEYFİYYƏT anlayışına çox ciddi yanaşması müasir dünyanın keyfiyyət tələbləri ilə ayaqlaşmanı və rəqabətə davamlı Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasını təmin edir.