Kənd təsərrüfatı

You are here

Kənd təsərrüfatı

Qida istehsalında tarladan süfrəyədək bütün prosesi əhatə edən “Azərsun Holdinq” iri kənd təsərrüfatı kompleksinə sahibdir. Şirkət tərəfindən 10 min hektardan çox ərazidə əkinlər həyata keçirilməkdədir. Şirkətin iri layihələrindən biri də Biləsuvar rayonunda həyata keçirilmişdir. Burada 3400 ha əkinə yararsız ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları çəkilmiş, müasir damcılama və yağmurlama üsullu suvarma sistemləri tətbiq olunmuşdur. Burada Global GAP sertifikatı əsasında soya, pomidor, arpa, buğda, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcan, bibər, patisson və digər tərəvəzlərin əkini həyata keçirilir. Tarlalarda orqanik tərəvəz və bostan bitkilərinin əkini də həyata keçirilir. Ərazidə 400 mindən artıq nar ağacı əkilmişdir. Burada qurulmuş orqanik gübrə istehsal müəssisəsi torpaqların münbitliyinin artırılmasına xüsusi töhfə verməkdədir. Becərilən meyvə və tərəvəzlər kompleksin ərazisində yerləşən konserv zavodunda emal olunur. Həmçinin kənd təsərrüfatı kompleksi nəzdində Zaqatalada yerləşən illik emal gücü 5 000 ton olan fındıq zavodu da fəaliyyət göstərir.