İstixana

You are here

İstixana

Açıq sahələrdə inkişaf etdirilən ənənəvi kənd təsərrüfatı kompleksindən başqa, şirkətlər qrupunun tərkibindəən son texnologiyalar əsasında qurulmuş istixana kompleksi də fəaliyyət göstərir. 300 000 m² ərazidə inşa olunan istixanada əsasən pomidor olmaqla, eyni zamanda badımcan, bibər və digər tərəvəzləryetişdirilir. İstehsal prosesi toxum atmadan başlayaraq son mərhələyə - istehlakçıya çatdırılmaya qədər tam gigiyenik şəraitdə, avtomatlaşdırılmış şəkildə, təbii şərtlərə uyğun olaraq həyata keçirilir. Əminliklə demək olar ki, burada tətbiq olunan bioloji mübarizə üsulları, təbii yolla – arılar vasitəsilə həyata keçirilən tozlanma nəticəsində yetişdirilən məhsullar tam təbii və sağlamdır. Müəssisənin illik istehsal potensialı 12 000 ton təşkil edir.