Duz

You are here

Duz

Abşeron yarımadasında yerləşən Masazır Duz Zavodu 2010-ci ildə istifadəyə verilmişdir. Xammalı Masazır və ətraf göllərdən təmin olunan zavod, ən son texnoloji avadanlıqlarla təchiz olunmaqla, ölkə və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir. Müəssisənin illik istehsal gücü 90 000 tondur. Masazır Duz Zavodu yüksək keyfiyyətli yodlaşdırılmış süfrə və xörək duzları ilə yanaşı, tutma və marinadlarda istifadə olunması üçün turşu duzu, heyvandarlıqda istifadə olunması üçün yalama duzları, sənayedə istifadə olunması üçün tablet duz, filtr sistemləri üçün duzlar  istehsal edir.