Dəyərlər

You are here

Dəyərlər

  1. 1

    Ədalət və düzgünlük prinsipi           

 Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur, tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;
  1. 2

    Fəaliyyət prinsipi

Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq;

  1. 3

    Keyfiyyət siyasəti

Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;

  1. 4

    Məsuliyyət prinsipi

İstehsal etdiyimiz hər bir məhsulda insan sağlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik;

  1. 5

    Əxlaq prinsipi

Gözəl əxlaqa malik insanları işə alırıq, işçilərimizin " öz işinin lideri" olduğuna inanırıq;

  1. 6

    İnam prinsipi

İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk;

  1. 7

    Qrup ruhu

İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk;

  1. 8

    Əməkdaşlıq prinsipi

İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyəbiləcəkləri iş şəraiti yaradırıq;

  1. 9

    Çeviklik prinsipi

Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük;

  1. 10

    Təşkilatçılıq prinsipi

Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk; 

  1. 11

    Bərabərlik prinsipi

Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq;

  1. 12

    Texnoloji know-how prinsipi

Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz know-how’umuzu formalaşdırırıq;

  1. 13

    Mükəmməllik prinsipi

Ümumi keyfiyyət həyatımızdır;

  1. 14

    Cəmiyyətə xeyir vermə prinsipi

Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin xalqının etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk;

  1. 15

    Ətraf mühitə hörmət prinsipi

Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq;

  1. 16

    Qanunilik prinsipi

Olduğumuz ölkənin qaydalarına tabe oluruq;

  1. 17

    Gələcək prinsipi 

Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;

  1. 18

    Sevgi və hörmət prinsipi

Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik;

  1. 19

    Ədalətli rəqabət prinsipi

Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq;