DƏNLİ VƏ PAXLALI BİTKİLƏR

You are here

DƏNLİ VƏ PAXLALI BİTKİLƏR

Xırdalan şəhərində yerləşən Qida Paketləmə Fabriki 1998-ci ildə fəaliyyətə başlamışdır. Müəssisədə 5 avtomatik paketləmə makinası qurulmuşdur. 800 və 1800 qramlıq düz paketləmə avadanlığı avtomatlaşdırılmış sistemlə çalışır. Qram göstəriciləri avtomatik olaraq tənzimlənir. Burada müxtəlif dənli və paxlalı məhsullar, o cümlədən düyü, qarabaşaq, mərcimək, noxud, lobya və s. məhsullar qablaşdırılır. Müəssisənin illik istehsal gücü 20 000 tondur.