"Azərsun Holdinq" İdarə Heyətinin üzvü Tahir Gözəl ölkə başçısı tərəfindən mükafatlandırıldı

"Azərsun Holdinq" İdarə Heyətinin üzvü Tahir Gözəl ölkə başçısı tərəfindən mükafatlandırıldı

You are here

"Azərsun Holdinq" İdarə Heyətinin üzvü Tahir Gözəl ölkə başçısı tərəfindən mükafatlandırıldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin I vitse-prezidenti, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın iştirakı ilə 2017-ci ilin idman yekunlarına dair tədbir keçirilib. Tədbir çərçivəsində "Qarabağ" Futbol klubunun beynəlxalq arenadakı uğurları və Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında göstərdiyi xidmətlərin Azərbaycan dövləti tərəfindən çox yüksək qiymətləndirildiyi növbəti dəfə nümayiş etdirilib. Belə ki, ölkə başçısının göstərişi ilə bu uğurların əsas memarlarından biri olan "Azərsun Holdinq" Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü, "Qarabağ" Futbol klubunun vitse-prezidenti Tahir Gözəl Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu ilə təltif edilib. Qeyd edək ki, "Qarabağ" Futbol klubu UEFA Çempionlar Liqasının Qrup Mərhələsinə vəsiqə qazanan və dünya səviyyəli futbol komandalarından xal alan ilk Azərbaycan klubu olaraq ölkəmizin idman tarixində yeni bir səhifə açdı.
 

Əvvəlki xəbər Sonraki xəbər