Azərsun Holdinq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarinin rəsmi dəstəkçisi  oldu

Azərsun Holdinq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarinin rəsmi dəstəkçisi oldu

You are here

Azərsun Holdinq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarinin rəsmi dəstəkçisi oldu

Ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirdə yaxından iştirak edən “Azərsun Holdinq” Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi oldu. Bu münasibətlə şirkətin baş direktoru Savaş Uzan və Bakı 2017 Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov arasında əməkdaşlıq barədə memorandum imzalandı. Tədbirdə çıxış edən  Savaş Uzan, Azərbaycanda təşkil olunan belə mötəbər tədbirlərin həm ölkənin təbliği, həm də konkret fəaliyyət sahəsinin inkişafı baxımından çox vacib olduğunu bildirdi. Savaş Uzan “Azərsun Holdinq” və Azerçay markasının Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə  təşkilinə öz töhfəsini verəcəyini də qeyd etdi.

Razılaşma barədə danışan Bakı 2017 Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov "Azərsun Holdinq”in Azərbaycanın aparıcı şirkətlərindən biri olduğunu və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olmasından məmnun olduqlarını bildirdi. Eyni zamanda o, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını dəstəkləməklə Azərsun Holdinq və Azərçay markasının  ölkəmizə səfər edən bütün idmançılara, rəsmi şəxslərə və tamaşaçılara ölkəmizi dünyada məşhur edən Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi və  mehribanlığı hisslərini yaşadacağına əmin olduğunu da bildirdi.

 

Əvvəlki xəbər Sonraki xəbər