Araşdırma və İnkişaf

You are here

Araşdırma və İnkişaf

Yarandığı gündən araşdırma və inkişafı özünün əsas istiqamətlərindən biri olaraq seçən “Azərsun Holdinq”in, bütün müəssisələrində laboratoriyaların mövcudluğu ilə bərabər, mərkəzdə böyük və çoxşaxəli Araşdırma və İnkişaf Departamenti fəaliyyət göstərir.

Hər gün mərkəz və yerlərdə yüzlərlə mütəxəssis - qida mühəndisləri, texnoloq, kimyaçı, mikrobioloqlar bazarın artan tələblərini araşdırır, şirkətlər qrupunun fəaliyyət göstərdiyi sahələrdə innovativ sıçrayışı təmin etmək üçün yeni məhsul tədqiqatları, reseptlər, proses şərtləri üzərində yeniliklər edirlər.

Dünyanın aparıcı elm mərkəzləri ilə təcrübə mübadiləsində olan “Azərsun Holdinq” R&D kənd təsərrüfatında və qida sənayesində əldə etdiyi nou-haularla daim diqqəti cəlb etməkdədir. Biz anlayırıq ki, şirkətin orta və uzunmüddətli inkişafı və artımı məhz R&D texnologiyalarına investisiyalardan keçir.