Abdolbari Goozala “Şöhrət” ordeni təqdim edildi.

Abdolbari Goozala “Şöhrət” ordeni təqdim edildi.

You are here

Abdolbari Goozala “Şöhrət” ordeni təqdim edildi.

"Xəyal Adası" müasir yaşayış kompleksində "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozala "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da qatılıb. Təqdimat mərasimindən öncə "Azərsun Holdinq" in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Abdolbari Goozala "Şöhrət" ordenini təqdim edib. Təqdimat mərasimində çıxış edən Əli Həsənov “Azərsun Holdinq”in uğurlarından danışıb və fəaliyyəti nəticəsində ölkənin ixrac potensialının artırılmasına mühüm töhfə verdiyini bildirib. O, Holdinqin uğurlarının təməlində dayanan əsas amil kimi Abdolbari Goozal bura ən zəhmətkeş insanları toplaya bilməsini qeyd edib. Əli Həsənov “Azərsun Holdinq”in hər zaman ümumilli lider Heydər Əliyevin, bu gün isə ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Abdolbari Goozala ordeni təqdim edən Əli Həsənov ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra isə Abdolbari Goozal çıxış edərək Azərbaycana gəlişindən, “Azərsun”un yaradılmasından və bu yolda rastlaşılan çətinliklər və uğurlardan danışıb. O, ölkə başçısına göstərilən diqqətə görə minnətdarlığını bildirib.  Tədbirdə Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik çıxış edərək iki qardaş ölkə arasındakı münasibətlər barədə danışıb və Abdolbari Goozalı təltif edilməsi münasibəti ilə təbrik edib.  

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Abdolbari Goozal "Şöhrət" ordeni ilə təltif edib.

 

Əvvəlki xəbər Sonraki xəbər