“Azərsun Holdinq” qanli yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanini ziyarət etdi

“Azərsun Holdinq” qanli yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanini ziyarət etdi

You are here

“Azərsun Holdinq” qanli yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanini ziyarət etdi

Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə hər zaman ehtiramla yanaşan  “Azərsun Holdinq”in kollektivi 19 yanvar tarixində Şəhidlər xiyabanını ziyarət edib.

“Azərsun Holdinq”in rəhbər heyəti və kollektivin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş oğul və qızlarımızın məzarları üzərinə tər çiçəklər düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.

Holdinq rəhbərliyi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin  torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə çiçəklər düzüb.

Qeyd edək ki, 1990-cı ildə Azərbaycanın müstəqillik əldə etməsinə mane olmaq və ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yanvar ayının 19-dan 20-nə keçən gecə öz ağır hərbi texnikasını xalqın üzərinə yeridərək dinc əhaliyə divan tutdu.

Həmin gecə Sovet Ordusunun tankları, zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan insanları amansızcasına qətlə yetirdi.

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, milli tariximizə qəhrəmanlıq salnaməsi kimi yazıldı. 

Sonraki xəbər