“Azərsun Holdinq”in baş sponsorluğu ilə ilin ən böyük biznes seminarı keçirildi

“Azərsun Holdinq”in baş sponsorluğu ilə ilin ən böyük biznes seminarı keçirildi

You are here

“Azərsun Holdinq”in baş sponsorluğu ilə ilin ən böyük biznes seminarı keçirildi

Bakıda “Azərsun Holdinq”in baş sponsorluğu ilə ilin ən böyük biznes seminarı keçirilib. İdarəçilik, effektiv satış, uğurlu biznes idarəetməsi, şəxsi potensialın inkişafı sahəsi üzrə dünyanın ən uğurlu məsləhətçilərdən biri olan, dünyaca məşhur biznes məsləhətçi Brayan Treysi yerli mütəxəssislərlə öz biliklərini bölüşüb.

Dünyanın 80 ölkəsində mindən çox şirkət üçün 4 mindən çox seminar keçən mütəxəssisin Bakıda çıxışı da çox böyük maraqla qarşılanıb. Bacarıqlı menecerlərin istənilən bazarda necə uğur qazana biləcəyi barədə fikirlərini bölüşən B.Treysi ölkəmizdə düzgün idarəçilik nəticəsində uğurlu biznes layihələrinin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.

Müxtəlif sahələri əhatə edən 300-dən çox kitabın, müxtəlif audio və video tədris proqramlarının müəllifi olan Brayan Treysinin seminarına “Azərsun Holdinq”in rəhbər şəxsləri də qatılaraq onunla fikir mübadiləsi aparıblar. Yerli marketoloqların, biznes məsləhətçi və iş adamlarının qatıldığı seminarın sonunda iştirakçılar Brayan Treysi tərəfindən sertifikatla təltif ediliblər. 

Əvvəlki xəbər Sonraki xəbər