“Azərsun Holdinq” “İlin qida ixracatçısı” mükafatına layiq görüldü.

“Azərsun Holdinq” “İlin qida ixracatçısı” mükafatına layiq görüldü.

You are here

“Azərsun Holdinq” “İlin qida ixracatçısı” mükafatına layiq görüldü.

  Dekabrın 22-də Bakı Biznes Mərkəzində dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamlarının iştirakı ilə 2017-ci ildə "Made in Azerbaijan" brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkə başçısının rəhbərliyi ilə sistemli islahatların 2017-ci ildə də davam etdirildiyi, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu keçdiyi, biznes və investisiya mühitinin yaxşılaşdırıldığı, iqtisadiyyatın prioritet sahələrində müsbət nəticələrin əldə olunduğu bildirildi.
  Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və milli markalarımızın yaradılaraq xarici bazarlara ixrac edilməsini prioritet hesab edən  “Azərsun Holdinq”in fəaliyyəti növbəti dəfə yüksək qiymətləndirilib. Azərbaycanın ixrac potensialının artırılmasına mühüm töhfələr verən Şirkətlər Qrupu “İlin qida ixracatçısı” seçilib. “Azərsun Holdinq”in "Made in Azerbaijan" brendi adı altında istehsal etdiyi məhsullar artıq dünyanın 40-a yaxın ölkəsinə ixrac edilir. Eyni zamanda  şirkət Azərbaycan məhsullarını dünyaya yaymaq istiqamətində müxtəlif yerli və beynəlxalq layihələr reallaşdırır. Bunun nəticəsi olaraq Azərbaycanın ilk milli markası “Azərçay” məşhur “duty free” şəbəkəsi olan “Heinemann” şirkəti vasitəsi ilə artıq dünyanın 50-dən çox hava limanlarında satılır.
Qeyd edək ki, 2018-ci ildə ixracat həcminin artırılması üçün “Azərsun Holdinq” tərəfindən yeni addımların atılması nəzərdə tutulub.

 

Əvvəlki xəbər Sonraki xəbər