“Azərsun Holdinq” “İlin Holdinqi” seçildi

“Azərsun Holdinq” “İlin Holdinqi” seçildi

You are here

“Azərsun Holdinq” “İlin Holdinqi” seçildi

“Azərsun Holdinq”in baş sponsorluğu ilə 4-cü Beynəlxalq “Caspian Energy Forum”u keçirilib. Dövlət rəsmilərinin və ölkənin aparıcı rəhbər şəxslərinin qatıldığı tədbirdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların müsbət nəticələrə səbəb olduğu qeyd olunub. Forum çərçivəsində “Azərsun Holdinq” ölkə iqtisadiyyatına verdiyi mühüm töhfələrə görə “İlin Holdinqi” seçilib. İştirakçılar qarşısında çıxış edən Şirkətin baş direktoru Savaş Uzan Azərbaycanda sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstəyin verildiyini bildirib və ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Savaş Uzan “Azərsun Holdinq” tərəfindən istehsal olunan məhsulların artıq 30dan çox ölkədə satıldığnı qeyd edib və “Made in Azerbijan” markalı yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi və həcminin artırılması istiqamətində zəruri tədbirlərin görüldüyünü söyləyib. Tədbirdə qeyd edilib ki, artıq “Azərsun Holdinq”ə məxsus “Azerçay” məhsulunun dünyanın 50-dən çox hava limanında “Duty Free” mağazalarında satışı həyata keçirilir. Qeyd edək ki, 4-cü Beynəlxalq “Caspian Energy Forum”da 50-dən çox ölkənin 500-dən artıq nümayəndəsi iştirak edib.   

Əvvəlki xəbər Sonraki xəbər