Şokolad

You are here

Şokolad

Şokolad sahəsinə, şirkətlər qrupu ilk olaraq şokoladlı fındıqlı krem ilə daxil oldu. Səhər yeməyi, eyni zamanda tort və digər şirniyyatların bişirilməsi üçün istifadə olunan şokoladlı fındıqlı krem, uşaq orqanizmi üçün çox xeyirli, sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsium mənbəyidir.

Növbəti addım olaraq “Azərsun Holdinq” şokolad fabriki inşa etməklə sənaye şokoladı istehsalına start verdi.

Əsas məqsəd isə Azərbaycanda fəaliyyət göstərən və yerli şokolad istehsal edən şirkətləri yüksək keyfiyyətli xammal ilə təmin etməkdir. Bununla bərabər, zavodda günəbaxan halvası, müxtəlif lokum, marmelad və digər məhsullar istehsal olunur.