Şəkər

Sugar

You are here

Şəkər

     2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı. 2011-ci ildən etibarən isə İmişli Kəllə Qənd Zavodunda istehsal olunan “Azərşəkər” qənd məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də Rusiya, Gürcüstan, Yaxın Şərq və Orta Asiya ölkələrinə də ixrac olunmağa başladı.

      Ümumiyyətlə şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə, həll olmasına və kənar əlavələrin olub-olmamasına görə müəyyən edilir. “Azərşəkər” məhsulları mükəmməl dadı, unudulmaz şirinliyi, bəyaz rəngi, xoş görünüşü və forması ilə qənd sevən insanların tələbatını yüksək səviyyədə ödəməyə qadirdir.

           Sözü gedən Fabrikdə istehsal prosesi müasir, gigiyenik və sanitar şərtlərə riayət edilərək tam avtomatlaşdırılmış şəkildə aparılır. Hazırda Fabrikdə iki növ qənd: Kəllə və Parça qənd istehsal olunur. Bu iki qənd növünün istehsal prosesinə qısa nəzər salaq:

      Kəllə Qənd

      Yüksək keyfiyyətli şəkər tozu Kəllə Qənd Fabrikinin müvafiq əritmə qazanlarında əridilərək xüsusi filtirlərdən keçirilir, arıtlanır və bundan sonra əmələ gələn şəkər şərbəti Vakuum  bişirim aparatına daxil edilərək  75-85 C0  temperaturda tam qapalı sistemdə bişirilir.  Daha sonra bişmiş və qatılaşdırılmış şərbət qəliblərə doldurulur və burada bərkimə prosesi həyata keçirilir. Növbəti mərhələdə bu qəliblər dəqiqədə 550-600 dəfə fırlanma sürəti ilə fırlanan sentrafuqalara yerləşdirilir və bu fırlanma nəticəsində Azərşəkər Kəllə Qəndin bəyazlığı maksimum səviyyədə təmin olunur (bu proses mərkəzdən qaçma qüvvəsinə əsaslanır). Daha sonra bütöv (konusvari) şəkildə istehsal edilmiş kəllə qənd məhsulu qurutmaya verilərək doğrama qurğuları vasitəsilə doğranılır və qablaşdırılır.  Bütöv bu proses boyunca heç bir kimyəvi qatqılardan istifadə edilmir və bütün proseslər qapalı formada tam avtomatlaşdırılmış rejimdə aparılır.

      Parça Qənd

       Parça qəndin istehsalı nisbətən daha sadə yolla həyata keçirilir, belə ki, qəndin xammalını təşkil edən bəyaz şəkər tozu xüsusi qəlibli press maşınına ötürülür. Bu qarışıma müəyyən miqdarda su əlavə edildikdən sonra qəliblərə tökülür. Yüksək pressləmə texnologiyası ilə sıxılan və standart formaya salınan qənd məhsulu qurutma sobalarına qoyulur. Sobada qurudulmuş qənd soyutma sistemlərinə ötürülür. Son mərhələdə qənd qutulara yığılır.

       Hər iki məhsulunun yığılma prosesində qutular kodlanır, üzərinə istehsal tarixi və saatı, saxlama şəraiti və müddəti qeyd olunur. Azərşəkər qənd məhsullarının çesidlərində istehlakçılar üçün rahat istifadəli və qidaya uyğun qablaşdırmalar xüsusi olaraq nəzərə alınmışdır.

         Bundan əlavə, Azərşəkər öz istehlakçılarının rahatlığına və sağlamlığına dəyər verərək yeni Stick Şəkər məhsullarını münasib formada qablaşdırıb onlara təqdim edir. Bu yeni məhsullarda şəkər tozu bərabər çəkilərdə və xüsusi şəkildə qablaşdırılmış və istehlakçıların istifadəsi üçün tam hazır vəziyyətə gətirilmişdir.     

Həmçinin bu kateqoriyada yeni bir məhsul – Qəhvəyi Şəkər Tozu məhsulu da istehlakçılara təqdim olunur. Özünəməxsus gözəl qoxusu, tamı və xüsusi təbii şəkər ləzzətini özündə əks etdirən Azərşəkər qəhvəyi stick şəkər tozu çay və qəhvə ilə birgə istifadə edilməsi üçün mükəmməldir.

Azərşəkər Stick Şəkər məhsullarını istifadə etməklə istehlakçılar həm rahatlığa qovuşacaq, həm də sağlamlıq baxımından istifadə etdikləri şəkərin miqdarına daha yaxşı nəzarət edə biləcəklər.

         İstehsala başladığı gündən etibarən Azərşəkər istehlakçıların məmnuniyyətini, yenilikləri və keyfiyyət siyasətini ön planda tutur. Məhz bu səbəbdən, “Azərşəkər” kəllə qənd məhsulları öz keyfiyyəti və dadı ilə rəqiblərindən seçilir.

      Hamınıza yüksək keyfiyyətli Azərşəkər məhsullarından istifadə etməyi tövsiyə edirik!