Ölkə başçısı İlham Əliyev “Azərsun Holdinq” stendini ziyarət edib.

Ölkə başçısı İlham Əliyev “Azərsun Holdinq” stendini ziyarət edib.

You are here

Ölkə başçısı İlham Əliyev “Azərsun Holdinq” stendini ziyarət edib.

Baku Expo mərkəzində keçirilmiş Worldfood 2017 sərgisində iştirak edən ölkə başçısı cənab İlham Əliyev "Azərsun Holdinq"ə məxsus stendi ziyarət edib. Şirkətlər Qrupunun baş direktoru Savaş Uzan dövlət başçısına istehsal müəssisələrinin yerli xammal ilə təmin edilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə məlumat verib. O, aparılmış uğurlu elmi-tədqiqat işlərinin nəticəsi olaraq artıq qışda da şəkər çuğunduru əkinlərinin həyata keçirildiyini bildirib. Bu il 14 min hektar ərazidə yeni şəkər çuğunduru sahələrinin salındığını söyləyən Savaş Uzan həmçinin "Made in Azerbaijan" markasının inkişafı istiqamətində də çox mühüm addımların atıldığını qeyd edib. Sərgidə  ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” tərəfindən istehsal olunan çay, şəkər, yağ, duz, konserv, süd, sous və digər məhsullar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Yerli məhsulların dünya bazarlarına çıxarılması istiqamətində mühüm addımlar atan Şirkətlər Qrupu artıq dünyanın 36 ölkəsinə məhsul ixracı həyata keçirir. Qeyd edək ki, “Azərsun Holdinq”in stendi sərgidə “Ən Cəlbedici Stend” sertifikatı ilə təltif edilib.

 

Əvvəlki xəbər Sonraki xəbər