Çay

You are here

Çay

“Azərsun Holdinq”in Azərbaycandakı ilk investisiya layihəsi olaraq 1994-cü ildə Bakıda fəaliyyətə başlamış “Sun Tea” çay fabriki bu gün məşhur çay markalarının istehsalçısıdır. Müəssisə illik ortalama 15 000 ton istehsal gücünə malik, qara çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə məşğuldur.

Şirkətlər qrupunun Azərbaycanın cənubunda Lənkəran və Astarada paketləmə müəssisələri də fəaliyyət göstərir. Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək “Azerçay” markası ilə dünya bazarına təqdim edən müəssisə Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər qrupunun Şri-Lankadakı “İnter Tea” müəssisəsi broker olaraq birjalarda ən keyfiyyətli Seylon çaylarını tədarük edir.

“Azərsun Holdinq” eyni zamanda dünyaca məşhur Hindistan, Vyetnam və Keniya çaylarını birbaşa çay istehsalçılarından satın alaraq, emal müəssisələrinin xammal ehtiyacını təmin edir.